Oct 11 2019 19:39
Views: 300

Qobustan rayonunda məhsuldar su mənbələri olmadığından Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin sakinəri uzun illər su çatışmazlığından əziyyət çəkib. Prezident İlham Əliyevin təsdiqlədiyi  regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində yaradılmış infrastruktur bəzi kəndlərin içməli su probleminin həllinə imkanlar yaradıb. Bu infrastruktur hesabına Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərini içməli su ilə təmin etmək üçün magistral xətlər çəkilərək bulaq və su dayağı quraşdırılıb. Suyun daşınmasında yaranan çətinliklər layihənin genişləndirilməsinə zərurət yaradıb.
Növbəti mərhələdə “Azərsu” -nun daxili imkanları hesabına bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına qərar verilib. Hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarı inşa edilib. Yeni tikilmiş şəbəkədən hər bir evə su xətti çəkilib və sayğaclar quraşdırılıb.
Layihənin icrası nəticəsində Qobustanın Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin 4 minədək sakini  içməli su ilə təmin olunub. Sündü kəndində də mərkəzləşdirilmiş içməli su təchizatı şəbəkəsi yaradılır.


Create Account



Log In Your Account