Sep 13 2018 14:47
Views: 467

Bakıda rus filmləri həftəsi davam edir. Bu dəfə proqramda yeni çəkilmiş müəllif filmləri də yer alıb. Bəzi filmləri, məsələn İvan Tverdovskinin “Atılmışlar” filminə tamaşaçılar rus kinoprokatlarına çıxmadan öncə baxa biliblər. Filmi rejissor şəxsən özü təqdim edəcək. İvan Tverdovskiy Azərbaycana ilk dəfədir gəlir. Rejissorun sözlərinə görə, Bakı ilk dəqiqələrdən təəccübləndirməyi bacaran şəhərdir.
“Bizi İçərişəhərə gətirdilər və düşündük ki, hansısa mühafizəkar ərəb müsəlman ölkəsinə düşmüşük.  Sonra sanki biz hasarı adladıq və kübar avropa ölkəsi gördük. Ümumiyyətlə  Azərbaycanda bu fərqli üslubların qarışığı çox güclü hiss olunur. Hər şey o qədər qarışıqdır ki”. 
İvan üçün xoş sürpriz dil məhdudiyyətinin olmamasıdır.
“Burada rusilli ictimaiyyətin olması məni təəccübləndirdi. Küçədə insanlar, hətta gənclər rus dilini bilirlər. Hardasa ingilis dilində danışanda, nəsə istəyəndə insanlar sual dolu baxışlarla baxır ki, niyə? Sanki “rus dilində danış” deyirlər. Bu çox maraqlıdır. Çünki mən tez-tez səyahət edirəm, postsovet ölkələrinin hamısında olmaq istəyirəm və mən bir çox ölkələrdə rus dilinin ümumiyyətlə istifadə olunmadığını görmüşəm. Onlar üçün bu sanki keçmişdə yaşanmış bir şeydir”.  
“Korreksiya sinifi” real həyata inteqrasiya prosesinin necə çətin olması haqqındadır, “Zologiya” isə tənhalıq və özünü axtarış barədədir. Rejissorun filmlərinin əsasında hər zaman sosial problemlər dayanır. İvan Tverdovskiy yeni ideyalar üçün real həyatdan ilham alır və bu təəccüblü deyil. Sənədli filmlər üzərində böyük təcrübə öz sözünü deyir.
“Sənədli film çəkiliş meydanı ilə məhdudlaşan hekayədir. Səndə kiçik qrup olur: səs rejissoru, operator, administrator, 4 nəfərsiz və mümkün olmayan bir şey edirsiz. Bu bir yandan funksional olmağa imkan verir, digər tərəfdən sən burada qazandığın təcrübəni artıq sonradan bədii filmə ötürürsən”.  
İvan Tverdovskiy-müasir rus müəllif filmlərinin işıqlı nümayəndələrindəndir. Onun mükafatları sırasında ən yaxşı ssenariyə görə “Nika” mükafatı, “Kinotavr”da ən yaxşı debüt və Korlovı Varıda keçirilən “Şərqdən Qərbə” festivalının əsas mükafatı var.
Filmlərin təqdimatı “ YARAT” müasir incəsənət mərkəzində keçirilən rus filmləri günlərinin müəllif proqramı çərçivəsində keçirilir. Bu axşam tamaşaçıların mühakiməsinə Artyom Temnikovun “Qan” dramı veriləcək. Festival isə Kiril Serebryannikovun “Yay” filmi ilə yekunlaşacaq. Bu filmi rus kinomotoqrafiyasının şübhəhiz ən çox müzakirə olunan filmi hesab etmək olar. Filmin çəkilişləri bitmədən öncə onun ətrafında mübahisələr gedir. Və bu təəccüblü deyil, çünki ekran əsərinin əsas qəhrəmanlarından biri-rus rokunun əfsanəsi Viktor Tsoydur.


Create Account



Log In Your Account