Jan 11 2019 14:08
Views: 370

Bakıda bir sıra reklam lövhələri yeniləri ilə əvəzlənib. Hələlik yeni nəsil reklam konstruksiyaları paytaxtın Neftçilər, Heydər Əliyev  prospektləri, Yusif Səfərov, Zərifə Əliyeva kimi  mərkəzi küçə və prospektlərində quraşdırılıb. 
Bu il daha 240 yeni reklam konstruksiyasının quraşdırılması planlaşdırılır. Daha sonra mərhələli şəkildə paytaxtla yanaşı, ölkənin bütün regionları yeni nəsil reklam lövhələri ilə təchiz olunacaq. Dövlət Reklam Agentliyi yaranmazdan əvvəl sahibkarlar paytaxtın istənilən açıq məkanında reklam yerləşdirə bilirdilər. Nəticədə isə həmin dövrə qədər küçə reklamlarında dil normalarının ciddi şəkildə pozulması hallarına tez-tez təsadüf olunurdu. 
Nəsimi adına Dilçilik İnstitunun Monitorinq şöbəsinin üzvü Rasim Heydərov indi daha çox elektron media və metroda yerləşdirilən reklamlarda dil normalarının pozulması hallarına təsadüf olunduğunu deyir.
Hüseyn Azəri deyir ki, Dövlət Reklam Agentliyi yaranandan sonra açıq havada reklam yerləşdirilməsi yalnız qurumun icazəsi ilə mümkündür. Agentlik rəsmisinin sözlərinə görə, icazə sənədləri verilərkən təhlükəsizlik və kommunikasiya şərtləri ilə yanaşı, dil normalarının qorunması məsələsinə də xüsusi diqqət ayrılır. Ötən il qanunvericiliyin tələblərinə cavab verməyən 4367 reklamın yayımı dayandırılıb, 30-a yaxın inzibati xəta haqqında protokol tərtib edilib.
 Qeyd edək ki, Dövlət Reklam Agentliyinin tərkibində monitorinq qrupu mövcuddur. Açıq havada sağlam və innovativ reklam mühtinini təmin edilməsi məqsədilə agentliyin müfəttişləri yerlərdə mütəmadi reydlər keçirir.


Create Account



Log In Your Account