Feb 13 2020 19:48
Views: 508

Mədəni və tarixi abidələrin mühafizəsi haqqında ilk beynəlxalq müqavilə - Rerix Paktının imzalanmasının 85 illiyidir. Rerix Paktı sonradan mədəniyyətin qorunması sahəsində beynəlxalq hüququn əsasını təşkil edən sənədə çevrilib. Bu münasibətlə Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində tematik sərgi açılıb. Sərgi Rerix Paktının tarixi haqqında məlumat verir, həm də ziyarətçiləri məşhur rus rəssamının əsərləri ilə tanış edir. Sərgi feralın 20-dək davam edəcək. Yaxın bir həftə ərzində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində kino nümayişləri, yaradıcılıq gecələri, tematik görüşlər təşkil olunacaq. Həmçinin, klassik musiqi sevərlər üçün konsert də nəzərdə tutulub.


Create Account



Log In Your Account