Aug 26 2019 18:57
Views: 196

60-cı illərin “Chevrolet Corvette”i,  33-cü ilin “Fiat Balilla”sı, 52-ci ildə istehsal olunmuş Mersedes Bens, 74-cü ilin “Cadillac Eldorado”su və onlarla başqa retro avtomobil. Bütün bu avtomobillər ənənəvi retro avtomobillər sərgisində nümayiş olunub. Yürüş və sərgidə 1980-ci ilədək istehsal olunan 100-dən çox nəqliyyat vasitəsi iştirak edib. Bu avtomobillərin hamısının olduqca maraqlı tarixi var.

Klassik avtomobil sərgisi və yürüşünü Azərbaycan Avtomobil Federasiyası təşkil edib. Nümayiş olunan avtomobillər arasında şəxsi kolleksiyalardan, eləcə də Heydər Əliyev Mərkəzinin klassik avtomobillər sərgisindən nümunələr yer alıb. Sərgi turistlərin də böyük marağına səbəb olub.

Paytaxt sakinləri bildirir ki, bu sərgi və yürüş Bakının həyatında əsl bayramdır. Bu avtomobillər xüsusən gənclərdə daha çox maraq doğurub.

Avtomobillər şəhərin müasirliklə qədimiliyin vəhdət təşkil etdiyi mərkəzi küçələri və prospektləri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub. Tədbir çərçivəsində keçirilən klassik geyimlərin müsabiqəsi də coşqu ilə qarşılanıb.

 


Create Account



Log In Your Account