Sep 10 2018 14:10
Views: 932

Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu Yorkda keçirilən moda həftəsində debüt edib. Moda Həftəsi çərçivəsində azərbaycanlı dizaynerin “Alovun gücü” adlı yeni kolleksiyası təqdim olunub.
Moda həftəsi ərzində dünya şöhrətli dizaynerlərin kolleksiyaları “Spring Studio” və Nyu-Yorkun digər moda məkanlarında nümayiş etdirilir. Ralf Loren, Oskar de la Renta, Vivyen Vestvud kimi dizaynerlərin kolleksiyalarının nümayişi də Rüfət İsmayılla bir gündə keçirilib. Azərbaycanlı dizaynerin “Afffair” brendinin dəfiləsi rəsmi olaraq Nyu-York Moda Həftəsinin cədvəlinə daxil edilib. Bu, Azərbaycanın moda tarixində ilkdir. Rüfət İsmayıl Nyu York moda həftəsi çərçivəsində Azərbaycanı təmsil edən ilk və yeganə dizaynerdir.
 “Alovun gücü” 2019-cu ilin yaz-yay mövsümü kolleksiyasıdır. Kolleksiyaya 30 paltar daxildir. Yarımqiymətli daşlarla və mürəkkəb tikmə ilə işlənmiş bütün kolleksiya əl işindən ibarətdir. Kolleksiya üzərində təxminən 40 nəfər çalışıb.
Qadın geyimlərindın ibarə kolleksiya 500 nəfərlik auditoriya qarşısında təqdim olunub. Dizaynerin əsas modeli qismində isə məşhur azərbaycanlı model Günay Musayeva çıxış edib.
Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə uğurla nümayiş etdirilib. Dizayn etdiyi kostyumlara görə, o, "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb. Fashion TV isə onu “Avropada 2018-ci ilin ən yaxşı dizayneri” seçib.
Nyu-York Moda Həftəsi London, Paris və Milan moda həftələri ilə birlikdə “Böyük Dörd” adlanan - dünyanın dörd ən əsas moda həftəsindən biridir. İldə iki dəfə keçirilir: fevralda payız-qış, sentyabrda isə yaz-yay trendləri nümayiş etdirilir.


Create Account



Log In Your Account