Jun 30 2020 18:04
Views: 267

Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək. Bu zaman ziyarətçiləri müəyyən yeniliklər gözləyir. Qoşa Qala qapılarının yaxınlığında yerləşən Bakı Xan Sarayı XVII-XVIII əsrlərə aid edilir. Bu tikili 1806-cı ilədək iqamətgah kimi istifadə olunub. Bərpa işlərindən sonra Bakı Xan Sarayı Kompleksinin ətraf ərazisində park salınıb.

Ərazidə bərpa olunan tikililərdən biri də Yeraltı hamamdır. Hamam 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Hamımın konservasiya-bərpa işləri 2 il davam edib.

Hamamın daxilində yeraltı yollar da aşkarlanıb. Tarixi tikilidə ümumilikdə 85 artefakt tapılıb.


Create Account



Log In Your Account