Jan 23 2020 21:10
Views: 265

2020-ci ildə İçərişəhərin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçiriləcək, konsertlər, fotosərgilər, İçərişəhər İncəsənət mərkəzinin məhsullarının sərgisinin təşkili planlaşdırılır. Bu barədə İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu idarəsinin idarə heyətinin sədri Əsgər Ələkbərov məlumat verdi.Eyni formatlı tədbirlər il ərzində Brüsseldə, Berlində, Romada da təşkil olunacaq. Əsgər Ələkbərov bildirdi ki, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilib. həmçinin, İçərişəhər ərazisində yaşayan sakinlərin rahatlığı üçün zəruri işlər görülüb. Görülən işlərlə yanaşı turizmin inkişaf etdirilməsi İdarənin fəaliyyətinin mühüm istiqamətlərindən biridir. 2019-cu il ərzində 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3300-ə yaxın fərdi və qrup turları təşkil edilib. muzey ziyarətçilərin sayı 383 mindən çox olub. Bu məkana daha çox turist cəlb etmək üçün yeni turlar təşkil edilir. Bu il İçərişəhər tarixi memarlıq qoruğu idarəsi Bakı Fotoqrafiya Evində fransız arxeoloqu, səyyah və etnoloqu Jozef Baron de Bayın Bakıya aid fotolarının nümayişini, “İçərişəhər – Dünya İrs Şəhəri 2020” mövzusunda beynəlxalq seminarın keçirilməsini planlaşdırır. Bu il həmçinin XV əsrə aid Buxarı və Montanı hamamlarının təmir-bərpası davam etdiriləcək. həm də XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində həyata keçirilən təmir-bərpa işləri gedir və cari ilin ortalarına kimi bitməsi nəzərdə tutulub. Eyni zamanda, Bakı Xanları Evinin yanında parkın salınması məqsədi ilə iri ağaclar əkilib və hazırda yaşıllaşdırma işləri davam etdirilir.


Create Account



Log In Your Account