Aug 24 2019 18:25
Views: 286

Bakının ən qədim hissəsi olan İçərişəhər yeni tarixi tapıntıları ilə heyrətləndirməkdə davam edir. Belə ki, 2015-ci ildə arxeoloji qazıntılar zamanı burada yeraltı hamam aşkar edilib. Avropanın ən yaxşı laboratoriyalarında aparılan araşdırmalardan sonra məlum olub ki, bu memarlıq abidəsi 17-ci əsrin ortalarına aiddir.

1806-cı ildə, Rusiya İmperiyası Bakını ələ keçirdikdən sonra hamamın fəaliyyəti dayandırılıb. Gümbəzləri sökülərək, otaqları qum və müxtəlif tullantılarla doldurulub və üzəri torpaqla örtülüb. Sonralar tikintinin bütün ərazisi asfaltlanıb. Bunun sayəsində də abidə kənar müdaxilələrdən qorunub və orijinal quruluşunu qoruya bilib. Hazırda bu ərazidə bərpa və konservasiya işləri aparılır. Bərpaçılar o dövrün atmosferini qorumaq üçün mümkün olan hər şeyi edirlər.

Orta əsrlərə aid tarixi abidə mürəkkəb memarlıq quruluşuna malikdir. Temperatur rejimini sabit saxlamaq üçün hamam yer səthindən xeyli aşağıda tikilib. Restavrasiya başa çatdıqdan sonra bura açıq səma altında muzeyə çevriləcək. Yerli və xarici ziyarətçilər orta əsrlərə aid abidənin gözəlliyini daha yaxından görə biləcəklər.


Create Account



Log In Your Account