Jun 08 2019 20:57
Views: 396

Ürək xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər arasında ilk yeri tutur. Azərbaycanda ürək xəstəliklərinin epidemiologiyası, rast gəlmə tezliyi üzrə göstəricilər dünyadakı nəticələrlə demək olar, eynidir. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin prezidenti Kamran Musayev "Bakı Ürək Günləri"  4-cü Beynəlxalq Konqresində bildirib. Qeyd edib ki, Azərbaycanda da ölümə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci yeri tutur. Bununla belə Azərbaycanda ürək cərahiyyəsinin inkişafı da dünya ilə ayaqlaşa bilir.  
"Bakı Ürək Günləri"  IV Beynəlxalq Konqresində dünyanın 15 ölkəsindən 50-yə yaxın tanınmış  xarici mütəxəssis iştirak edir.  Bu mütəxəssislər 13 müxtəlif sessiyada elmi-praktik təcrübələrini bölüşürlər. Toplantıya ABŞ-ın Klivlend xəstəxənasının vaxtilə milli lider Heydər Əliyevin müalicəsi ilə məşğul olan həkimləri də qatılıb.
Konqresdə qeyd olunub ki, indi dünyada  ürək xəstəlikləri gəncləşib. 25-40 yaşlı insanlar arasında ürək xəstəliyi geniş yayılıb. ABŞ-ın Klivlend klinikasının kardioloqu  Murat Tuzcu bildirib ki, bunun əsas səbəblərindən biri həyat tərzinin dəyişməsidir.
"Bakı Ürək Günləri"  IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransı milli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Tədbir iştirakçılarına prezident İlham Əliyev təbrik məktubu ünvanlayıb.


Create Account



Log In Your Account