Dec 25 2018 19:06
Views: 416

"İrəli" İctimai Birliyinin VI Hesabat-Seçki konfransı keçirilib. Təşkilat sədri Mirhəsən Seyidov deyib ki, “İrəli” fəaliyyəti dövründə daim ölkənin maraqlarının təmin olunmasını əsas götürüb. Bu müddət ərzində gənclərin doğru, düzgün istiqamətləndirilməsi üçün addımlar atılıb. 
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev təşkilatın bu müddət ərzində fəaliyyətini yüksək qiymətlənidirib. Qeyd edib ki, “İrəli” qısa müddətdə böyük işlər görüb. 
“Bu təşkilat dövlətin gənclər siyasətində özünəməxsus yer tutur. Prezident İlham Əliyev ölkə gənclərinə daim diqqət və qayğı göstərib. Ölkədə vətənpərvər gənclik yetişib, liderlik qabiliyyəti olan gənclərin sayı artmaqdadır”- deyə millət vəkili qeyd edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, təşkilat qısa müddətdə uğur imza atıb, nailiyyətlər əldə edib.
Sonda səsvermə keçirilib. Mirhəsən Seyidov təşkilatın növbəti dəfə sədri seçilib.


Create Account



Log In Your Account