Feb 13 2018 18:09
Views: 1161

Azərbaycan hər il azı 6 beynəlxalq idman yarışına ev sahibliyi edir. Bu sıraya indiyədək keçirilən birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, Dünya Şahmat Olimpiadası kimi beynəlxalq tədbirlər daxildir. Bu fikirlər “Azərbaycanda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda beynəlxalq konfransda səsləndirilib. Tədbirdə turizm və idmanın inkişafı, eləcə də beynəlxalq idman tədbirlərinin iqtisadi və sosial faydaları, Azərbaycanın bu sahədə biznes imkanları müzakirə edilib. Bu il Azərbaycanın ev sahibliyi edəcəyi mötəbər beynəlxalq tədbirlərin planının artıq hazırlandığı bildirilib.
Azərbaycanda irimiqyaslı idman yarışlarının keçirilməsi ölkəyə turist axınını da gücləndirir. Bu isə ilk növbədə turistlərin sayında özünü göstərir. Ötən il Azərbaycana gələn xarici qonaqların sayı 20 faiz artaraq təqribən 2 milyon 700 minə çatıb. İndi əsas prioritet bu il turistlərin sayını 3 milyon yarıma çatdırmaqdır.
Azərbaycana daha çox turist cəlb etmək üçün İran, Gürcüstan və Rusiya ilə sərhəddə vizaların verilməsi layihəsi üzrə işlər aparılır. Burada ASAN xidmət yaxından iştirak edir. Konfransda bildirilib ki, ötən il Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 milyondan çox insana xidmət edib. Bu 2016-cı illə müqayisədə 25 FAİZ çoxdur. Bu ilin yanvar ayında milli aviadaşıyıcının tədqim etdiyi xidmətlər 19 faiz artıb. Bu DA son deyil. Beynəlxalq hava limanı il ərzində 9 milyon insanı qəbul edə bilər.
Hava limanının 1-ci Terminalı bütün MDB məkanında ən yaxşı seçilib, aşağı büdcəli Buta Airways isə öz çapında regionda ilk olub.


Create Account



Log In Your Account