Mar 28 2018 18:04
Views: 476

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilati dəstəyilə keçirilən “Rənglərin bahar təravəti” açıq hava sərgisinin qalibləri mükafatlandırlıb. Onlar 60-dan çox gənc rəssamın arasından seçilib. Qalibləri sərgi ziyarətçiləri səsvermə yolu ilə müəyyənləşdirib.
“Rənglərin bahar təravəti” dekorativ tətbiqi sənət əsərləri sərgisi Novruz bayramı günlərində keçirilib. Üç gün davam edən sərgidə nümayiş etdirilən əl işləri Novruz bayramının simvollarından olan yumurta maketlərinin üzərində çəkilib. Layihənin məqsədi milli adət-ənənələri yaşatmaq, eyni zamanda yaradıcı gənclərə dəstək olmaqdır. Sərgidə Dövlət Rəssamlıq Akademiyasının tələbələri, eləcə də Bakı və regionlardan olan peşəkar və həvəskar rəssamlar iştirak edib.
Sərgidə ilk üç yerin qalibinə diplom və pul mükafatı verilib. Təşkilatçılar digər iştirakçları da diqqətdən kənar qoymayıb. Bütün iştirakçı rəssamlara mükafat, hədiyyə və sertifikatlar təqdim olunub.


Create Account



Log In Your Account