Feb 06 2019 17:54
Views: 360

“Roma Papasının xarici ölkələrə səfəri hər zaman tarixi əhəmiyyət daşıyır”. Roma katolik kilsəsinin başçısı Papa Fransiskin Ərəbistan yarımadasına ilk tarixi səfərini CBC-yə şərh edən şərqşünas-alim Nəriman Qasımoğlu belə deyir. Bildirir ki, bu səfər dinlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir. Eləcə də, “sivilizasiyaların toqquşması” nəzəriyyəsinin əsassız olduğunu sübut edir.

Şərqşünas-alim hesab edir ki, Papa Fransiskin bu səfəri xristian-müsəlman dünyasının yaxınlaşmasına müsbət təsir göstərəcək. Onun müsəlman ölkəsində terrorizmlə bağlı söylədiyi fikirlər də bu amala xidmət edir.

Roma Papası üç günlük səfəri çərçivəsində Əbu-Dabidə 135 min insanın iştirakı ilə dini ayin keçirib. Mərasimə dünyanın 100-ə yaxın ölkəsindən gələn katoliklər və Birləşmiş Ərəb Əmirliklərində yaşayan 4 min müsəlman qatılıb. Ayin zamanı italyan, ingilis, ərəb, fransız və digər dillərdə danışan Roma katolik kilsəsinin başçısı xristian, müsəlman və yəhudi dövlət başçılarına müraciət də edib.

Papa Fransisk Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Əl Nəhyanın dəvətilə Əbu-Dabiyə gedib. O, körfəz regionuna səfər edən ilk Roma Papası kimi tarixə düşüb. Səfərin məqsədi sülh yolunda birgə addımlamaq üçün müsəlmanlarla dialoq qurmaqdır. O, səfər çərçivəsində rəsmi şəxslərlə görüşlər keçirib, böyük Şeyx Zayed məscidini ziyarət edib.


Create Account



Log In Your Account