Dec 18 2019 21:54
Views: 403

Özbəkistanda “Azərbaycan musiqisi və muğamı günləri” çərçivəsində konsert proqramları təqdim edilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Özbəkistan Mədəniyyət Nazirliyi, Respublika Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilən tədbirdə mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov Azərbaycan incəsənəti haqqında danışıb, muğam sənəti, onun dünyaya tanıdılması ilə əlaqədar həyata keçirilən layihələr barədə məlumat verib. Tədbirdə “Şərq təranələri” beynəlxalq musiqi Festivalının Azərbaycanlı qalibləri konsert proqramı çıxış ediblər. Azərbaycan xalq mahnıları, muğamları tamaşaçıların böyük marağına səbəb olub. Beynəlxalq “Şərq təranələri” musiqi Festivalının Azərbaycandan olan qalibləri “Qarabağ şikəstəsi”ni birgə ifa ediblər.


Create Account



Log In Your Account