May 13 2019 16:27
Views: 179

Samux rayonunun Sarı Qamış kənd sakini Zahid Məmmədov uzun illərdir təsərrüfat işləri ilə məşquldur. Əvvəllər üzümçülüyə üstünlük versə də, sonradan bu məşğuliyyətini əkinçiliklə əvəzləyib. Paralel olaraq həyətyanı bağında göyərti, pomidor və xiyar da becərməyə başlayıb. Beləliklə Zahid Məmmədov Avropa İttifaqının ‘Aztəminatlı kənd ailələrinin social-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı” layihəsi çərçivəsində aldığı yardımdan faydalanaraq təsərrüfatını daha da genişləndirib. Layihə çərçivəsində Zahid istixananın tikintisi üçün lazımı avadanlıqla təchiz olunub. Ona həm praktiki həm də nəzəri təlimlər keçirilib.

Avropa İttifqaqının bu layihəsi Daşkəsən, Goranboy və Samux rayonlarının kəndlərində yaşayan 400 az təminatlı ailənin sosial durumunun yaxşılaşdırılmasına yönəlib. Daşkəsəndə əsasən turizim sahəsinə üstünlük verilsə də digər iki rayonda əsasən kənd təsərrüfatı üzrə yardımlar göstərilir. Layihə üzrə hər kəndən 10-15 ailə seçilir və onlara pul vəsaiti deyil, zəruri avadanlıq və ləvazimat verilir.

Şərq Tərəfdaşlığı proqramı Avropa İttifaqının 2009-cu ildəki sammitində qəbul olunub. BU proqram Avropa İttifaqının Azərbaycanla, Belarusla, Gürcüstanla, Ermənistanla, Moldova və Ukrayna ilə münasibətlərini bir çərçivə daxilində tənzimləyən təşəbbüsdür. Tərəfdaşlar 2020-ci ilə qədər 20 praktiki nəticəni əldə etməklə öz vətəndaşlarının gündəlik həyatına əhəmiyyətli dərəcədə mənfəət gətirməyə dair razılığa gəliblər. Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanda müxtəlif sahələri əhatə edən 38 layihə həyata keçirib. 10 layihə üzərində isə işlər davam etdirilir. Gələcəkdə Avropa İttifaqı regionların inkişafını nəzərdə tutuan  yeni layihələr üzərində işlərləyir.

Azərbaycanın Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" çərçivəsindəki əməkdaşlığı 2004-cü ildə qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti" və ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edən, 1996-ci ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzərində qurulub. Bu əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq addımlar atılıb, Azərbaycanla Avropa İttifaqı  arasında münasibətlərə yeni təkan verilib.


Create Account



Log In Your Account