Jul 12 2019 16:23
Views: 286

 “Azərbaycan özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edib. Təəssüflər olsun ki, regional əlaqələr və sərhədyanı ticarət layihələri kimi bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovu olaraq qalmaqdadır”. bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Batumidə keçirilən “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.Mahmud Məmməd-Quliyev deyib ki, Avropa Parlamentinin Avropa qonşuluq siyasəti haqqında qətnaməsində qeyd olundğu kimi, “Şərq tərəfdaşlığı”na üzv bir ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz: “Ərazi bütövlüyü, müstəqillik, suverenlik və münaqişələrin sülh yolu ilə həll olunması məsələləri bütün sənədlərdə və səviyyələrdə öz əksini tapmalıdır”.


Create Account



Log In Your Account