Sep 09 2019 19:36
Views: 220

Yeni tədris ilində Təhsil Nazirliyinin Beynəlxalq Proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək. Layihənin məqsədi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı, proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Şagirdlər vahid  virtual məkanda tapşırığı yerinə yetirmək imkanı qazanırlar. Yeni tədris ilində layihəyə ölkə boyu 120 məktəb üzrə 70000 şagirdin cəlbi nəzərə tutulub.  
2017-2018-ci tədris ilində  45 məktəb olmaqla  6500-ə yaxın 5-ci sinif şagirdini əhatə edən layihəyə ötən 1 il müddətdə Bakı, Gəncə, Biləsuvarda 26 mindən çox şagird cəlb olunub.  Yeni tədris ilində layihənin 4-7-ci sinifləri əhatə etməsi planlaşdırılır. 
Artıq sentyabrın əvvəlindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda və regional bölmələrdə təlimlərə başlanılıb.  İndiyədək təlimlərə 700 müəllim qatılıb.  Müəllimlərin yeni tədris metodikası, eyni zamanda İKT bacarıqlarının artırılması üzrə hazırlıqlar keçirilib.  İnformatika fənninin yeni formatda tədrisinə əsaslanan layihə şagirdlərə proqramlaşdırmanın dilinə bələd olmaqla yanaşı, bu biliklərin  praktikada tətbiqi bacarıqlarını da öyrədir. Layihənin tədricən bütün sinifləri əhatə etməsi nəzərdə tutulub
2017-ci ildən pilot şəklində başlayan layihəyə yeni qoşulmuş 50 məktəbin təxminən 150 sinfində  Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan şirkət 3000 ədəd kompüter texnikasının quraşdırılması və şəbəkəyə qoşulması üzrə işləri həyata keçirir. Bu il layihə müxtəlif beynəlxalq təhsil sərgilərində təmsil olunub və yüksək qiymətləndirilib.


Create Account



Log In Your Account