Feb 13 2020 19:56
Views: 412

Təhsil sisteminin əsas vəzifəsi müasir iqtisadiyyatın tələblərinə uyğun mütəxəssis yetişdirməkdir. Bunu “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” konfransında Təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, təhsilin hər bir pilləsində kadr azlığını aradan qaldırmaq üçün müvafiq işlər görülür. Konfransda qeyd olunub ki, rəqəmsal iqtisadiyyatın inkişafı yeni imkanlar yaradır. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycanda bir sıra xidmət rəqəmsallaşdırılıb və bu da öz növbəsində rəqəmsal iqtisadiyyata öz töhfəsini verib. Beynəlxalq konfransda Azərbaycanla yanaşı ABŞ, Fransa, Almaniya, Türkiyə, Yunanıstan, Danimarka, Rumıniya, İsrail, Oman, Rusiya da daxil olmaqla 22 ölkədən olan alimlər iştirak edir. Konfrans işini Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirəcək. Beynəlxalq tədbirə sabah yekun vurulacaq.


Create Account



Log In Your Account