Dec 17 2019 20:34
Views: 200

Azərbaycan mədəni irsinin, adət-ənənələrinin beynəlxalq miqyasda təbliği məqsədilə 2013-cü ildən həyata keçirilən “İrs” layihəsinin yeni nəşrləri təqdim olunub. UNESCO-nun Dünya İrs Sİyahısına daxil olan mədəniyyət nümunələrinə həsr olunmuş “Azərbaycan inciləri” kitabı fransız və ingilis dilində, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitabları isə Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb. Əsas məqsəd Azərbaycan maddi-mədəniyyət nümunələrini, Qarabağ həqiqətlərini daha geniş auditoriyaya çatdırmaqdır. “Qədim və gözəl Qarabağ” kitabında Qarabağın dağıdılan abidələrinin fotoları ilk dəfə təqdim olunur. Mədəniyyət naziri Əbülfəs Qarayev layihənin əhəmiyyətindən, prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsimizə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, bu kitabların Azərbaycanın mədəni irsinin tanıdılmasında rolu böyükdür. Nəfis tərtibatda hazırlanan kitablar Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC və “IRS Publishing House”un birgə əmkdaşlığı nəticəsində ərsəyə gəlib. Layihənin davam etdirilməsi və yeni nəşrlərin hazırlanması da nəzərdə tutulur.


Create Account



Log In Your Account