Jul 27 2018 14:25
Views: 824

Yunanıstanda  baş  verən faciəvi meşə yanğınları ölkə iqtisadiyyatının əsas istiqamətlərindən olan  turizm sektoruna  ciddi zərər vurub. Yanğın zamanı həlak olanlar arasında xarici turistlərin olması ölkənin turizm mərkəzi kimi imicini zədələyib. Ötən gün başlayan güclü leysan yağışları  isə bir sıra bölgədə daşqınla nəticlənib. Yaranmış vəziyyət illərdir iqtisadi böhran yaşayan ölkənin ciddi maliyyə itkilərinə məruz qalmasına səbəb olub. Hökümət itkiləri bərpa etməyin yollarını axtarır. Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos Azərbaycan vətəndaşlarına müraciət edərək Yunanıstana səfərlərini təxirə salmamağa çağırıb. Səfir faciə zamanı göstərilən dəstəyə görə də təşəkkür edib.


Create Account



Log In Your Account