Aug 03 2019 18:15
Views: 338

Azərbaycan Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “nümayəndələri” ilə görüşməsinə etirazını bildirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki,  son günlərdə Avstraliyanın erməni diaspor təşkilatlarının ölkəmizin işğal edilmiş ərazilərindəki separatçı rejimi təşviq edən fəaliyyəti, eləcə də Avstraliyanın erməni mənşəli rəsmisinin bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyi bir sıra tədbirlər görüb. Belə ki, ölkəmizin Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Eləcə də Avstraliyanın ölkəmizdəki səfiri ilə Xarici İşlər Naziliyində görüş keçirilərək rəsmi etiraz Avstraliya səfirinin diqqətinə çatdırılıb.


Create Account



Log In Your Account