May 27 2020 14:14
Views: 246

Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyəti və bu qurumu siyasiləşdirmək və təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır. Bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarı ilə bağlı sualın cavabında bildirib. “Avropa Məhkəməsinin gəldiyi qənaətlərlə bağlı söyləmək olar ki, Məhkəmə əslində Ermənistanın əsas niyyətini təmin etməyib. Belə ki, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib”. XİN sözçüsü bildirir ki, qərarda da qeyd olunduğu kimi, Azərbaycan Hökumətinin bu xüsusda beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz.


Create Account



Log In Your Account