May 05 2018 18:40
Views: 1130

Xalça Muzeyində açılan “Ənənələrin izi ilə” adlı sərgidə xalça eskizləri, muzeyin kolleksiyasında olan xovlu və xovsuz xalçalar, xalça məmulatları və digər əşyalar nümayiş olunur. Xalçaçı rəssam Taryel Bəşirov 10 ildir ki, görkəmli xalq rəssamı Tahir Salahovun təkrarsız əsərlərini toxucuların köməyi ilə xalça üzərinə köçürür.
Xalçaların birinin üzərinə Tahir Salahovun “Min bir gecə” baleti üçün hazırladığı və Kremldə sərgilənən eskizləri köçürülüb. Xalq rəssamı Tahir Salahov deyir ki, əsərlərini xalça üzərində görmək onda nostalji hisslər yaradır.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda xalçaçılıq sənəti qədim tarixə malikdir. xalçalarımız beynəlxalq miqyasda dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır.


Create Account



Log In Your Account