Dec 18 2018 14:34
Views: 352

Abstrakt ekspressionizm Azərbaycanın gənc rəssamı Ruhulla Həsənzadənin əsas üslubudur. İndiyə qədər onun əsərləri Almaniya, Belçika, Türkiyədə keçirilmiş kollektiv sərgilərdə nümayiş olunub. “Ruh” gənc rəssamın ilk fərdi sərgisidir.

Sərgidə rəssamın bu günədək müxtəlif yerli və xarici sərgilərdə nümayiş olunmuş işləri ilə yanaşı, həm də yeni əsərləri yer alıb. Sərgidə nümayiş olunan əsrələr ziyarətçilərin böyük matrağna səbəb olub.

Ruhulla Həsənzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinin məzunudur. Hazırda həm də kitab illüstrasiyası ilə məşğuldur. Rəssamın fərdi Sərgisi dekabrın 19-dək davam edəcək.


Create Account



Log In Your Account