Jan 28 2019 16:08
Views: 702

Azərbaycanda rus dili və ədəbiyyatı üzrə 11-ci Respublika olimpiadası start götürüb. Hər il 7-8-ci sinif şagirdləri arasında keçirilən bu intellektual yarışda minlərlə məktəbli iştirak edir. “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisovun sözlərinə görə, ölkədə rus dilinin inkişafına böyük önəm verilir.

Valentin Denisovun sözlərinə görə Azərbaycanda rus dili gənclər arasında çox populyardır. Dilin tədrisi üçün kurslar, orta və ali məktəblərdə xüsusi dərnəklər fəaliyyət göstərir.

Qeyd edək ki, 5 ay ərzində ölkənin müxtəlif şəhər və rayonlarında olimpiadanın 24 turu keçiirləcək. nəticələr iyunda beynəlxalq rus dili günündə elan olunacaq.


Create Account



Log In Your Account