Oct 10 2019 19:48
Views: 246

"Ölkələrimiz və xalqlarımız öz aralarında mehriban qonşuluq və dostluq ənənələrini qoruyub saxlayıb. Azərbaycan və Rusiya xalqları arasında münasibətlərin dərin kökləri var". Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda "Rus kitabları evi"nin 10 illiyinə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan və Rusiya bütün sahələrdə əlaqələrini daha da möhkəmləndirməyə səy göstərir. Qeyd edib ki, son iki əsr ərzində olduğu kimi, iki ölkənin xalqları dostluq və mehriban qonşuluq ənənələrini davam etdirir.  
Əli Həsənov xüsusi vurğulayıb ki, Cənubi Qafqazda etnik rusların ən böyük icması Azərbaycanda yaşayır. Onlar öz ana dilini, mədəniyyətini və milli ənənələrini qoruyub saxlayıblar. Qeyd edilib ki, Azərbaycanın postsovet məkanında rus dilinə böyük hörmət bəslənən azsaylı ölkələrdən biridir.  
 Rus Kitabları Evində oxuculara tarix, detektiv, psixologiya, fəlsəfə, din, elmi, bədii və uşaq ədəbiyyatına dair nümunələr təqdim edilir. postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşdırılmış mağazadır.


Create Account



Log In Your Account