Dec 21 2019 19:15
Views: 223

Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb. Dövlət başçısı Sankt-Peterburqda və Leninqrad vilayətində çox böyük Azərbaycan diasporunun fəaliyyət göstərdiyini deyib. Prezident 2019-cu ilin Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Prezident Vladimir Putinlə keçrdiyi çoxsaylı görüşlər məhsuldar olub. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. Birinci vitse-prezident Megriban Əliyevanın Rusiyaya Səfərin çox yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdıran prezident İlham Əliyev Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun yenidən açılması tarixi hadisə olduğunu qeyd edib. Prezident İlham Əliyev qeyd edib ki, azərbaycanlıların mütləq əksəriyyətinin elmdə, təhsildə, biznesdə böyük imkanları var. Rusiyanın vilayətlərində və böyük şəhərlərində qanunvericilik orqanlarında təmsil olunurlar.


Create Account



Log In Your Account