Jun 07 2019 18:40
Views: 255

Son illər cərəyan edən proseslər Ermənistan-Rusiya münasibətlərinin soyumasına gətirib çıxarıb. Bu fikirləri azərbaycanlı politoloqlarla yanaşı, rusiyalı ekspertlər də səsləndirir. Ekspertlərin fikrincə, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Sankt-Peterburqda keçirilən görüşlə bağlı tərəflərin verdiyi bir-birinə zidd açıqlamalar da bunu bir daha təsdiq edir.

Sankt-Peterburqda keçirilən beynəlxalq iqdisadi forumda Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğunu bildirib. Lakin cəmi bir neçə saat sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirə olunmadığını açıqlayıb. "Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb",  Peskov belə deyib. Ekspertlərin fikrincə, bu faktın özü göstərir ki, münasibətlər heç də rəsmi Yerevanın təqdim etdiyi kimi yaxşı deyil.


Create Account



Log In Your Account