Sep 24 2019 17:28
Views: 270

Bakıda Rusiya filmləri həftəsinə start verilib. Festivalın proqramına ötən ilin ən parlaq kino lentləri daxil edilib. Festivalın açılışında “Döyüş” filmi nümayiş etdirilib. Bu film birdən-birə eşitmə qabiliyyətini itirən populyar rəqqasın yaşadığı çətinliklər haqqındadır. Film bu ilin avqustunda prokata çıxıb.  Bu əsərin ssenari müəllifi və rejissoru azərbaycanlı Anar Abbasovdur.

Filmlərin nümayişi “Nizami” Kino Mərkəzində və "Yarat" Müasir İncəsənət Məkanında keçirilir. Bu gün burada Sergey Livnevin “Van Qoqlar” dramı nümayiş olunacaq. Film bir neçə nominasiya üzrə Rusiyanın "Nika" mükafatının laureatı olub. Sentyabrın 27-də isə festivalın proqramında “Annanın savaşı” filmi göstəriləcək. Müharibənin çətinliklərini tək başına dəf etmək məcburiyyətində qalan kiçik bir qızdan bəhs edən bu film 2018-ci ilin ən yaxşı Rusiya filmi olaraq “Nika”, “Qızıl qartal” və “Ağ fil” mükafatlarını qazanıb. Bakıda rus kinosu günləri sentyabrın 28-dək davam edəcək. Film nümayişlərinə giriş pulsuzdur.

 


Create Account



Log In Your Account