Jun 10 2019 19:02
Views: 639

“Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupunun növbəti iclası gələn həftə Bakıda keçiriləcək.” Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixayil Boçarnikov bu gün keçirdiyi brifinqdə deyib.  Səfir yol xəritələrinin hazırlanması, Rusiya-Azərbaycan sərhədinin demarkasiyası, Rusiya-Azərbaycan-İran üçtərəfli görüşünün vaxtı və digər suallar cavablandırılıb. Onun sözlərinə görə, Rusiya-Azərbaycan sərhədinin delimitasiyası tamamlanıb, demarkasiya prosesi dostluq şəraitində davam etdirilir. Səfirin sözlərinə görə, bu, ölkələri ayırmaq yox, birləşdirmək məsələsidir.

Bu ilin sonu, 2020-ci ilin əvvəllərində Pirallahı Sənaye Parkında Rusiya-Azərbaycan ortaq layihəsi olan əczaçılıq istehsalı müəssisəsi “Hayat Farm” istifadayə veriləcək. Mixail Boçarnikov prezidentlər Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin üçtərəfli görüşünün gündəliyi barədə də məlumat verib. Bildirib ki, görüşdə birgə istehsal, nəqliyyat və Xəzər dənizi ilə bağlı əməkdaşlığın da müzakrə olunacağını qeyd edib.


Create Account



Log In Your Account