Feb 27 2019 18:18
Views: 290

Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var. Ticarət dövriyyəsinin həcmi ildən-ilə artır. Bunu CBC-yə müsahibəsində Rusiya Dövlət Dumasının energetika üzrə komitənin üzvü Viktor Zubarev bildirib.

 

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında 2018-ci ildə ticarət dövriyyəsi 20% artıb. Azərbaycandan qeyri-neft məhsulların ixracına görə Rusiya ilk yeri tutur. Dumanın iqtisadi siyasət, sənaye və innovativ inkişaf komitəsinin üzvü Aleksandr Juravlyov qeyd edib ki, tərəflər bütün sahələrdə  ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindədir, bu da hər iki ölkənin maraqlarına cavab verir. İndi Azərbaycanda Rusiya sərmayəli 700 şirkət var. Mövcud iqtisadi əlaqələrin inkişafı məqsədilə qarşılıqlı faydalı layihələr gerçəkləşdirilir.

Söhbət Azərbaycanın Hacıqabul rayonunda yerləşən sənaye zonasında QAZ avtomobillərin yığılması üzrə birgə müəssisənin tikintisindən gedir. Bu barədə 2018-ci ilin aprelində Bakıda AzerMash şirkəti və “Qorkov avtomobil zavodu” arasında memorandum imzalanıb. Razılığa görə, rusiya tərəfi yığım müəssisəsini maşın komplektləri ilə təmin etməli, Azermash-ın  mütəxəssislərinin tədrisi və serfitikasiyadan keçirilməsini təşkil etməlidir. bu ilk birgə layihə deyil. Azərbaycan və Rusiya arasında uğurlu investisiya əməkdaşlığı da mövcuddur. Belə ki, rusiyalı şirkətlər Azərbaycanın iqtisadiyyatına 4 milyad dollardan çox sərmayə yatırıblar. Öz növbəsində, Azərbaycanın da Rusiya iqtisadiyyatına investisiyaları 1 milyard dolları keçib.


Create Account



Log In Your Account