May 28 2020 18:11
Views: 331

 Rusiya ilə Azərbyacan strateji tərəfdaşdır, xalqlarımız arasında isə çoxillik dostluq əlaqələri mövcuddur. Bizim ümumi keçmişimiz və ümumi gələcəyimiz var. Bunu Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında Rusiyanın Xarici İşlər nazirinin müavini Andey Rudenko deyib. O, iki ölkə arasında əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib.

 Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli Milli Məclislə Rusiya Dövlət Duması arasında razılaşmanın imzalanacağını bildirib. O, əlaqələrin uğurla inkişaf etdiyini bildirib və postpandemiya dövründə deputatların gələcək inkişafla bağlı tez-tez müzakirələrin aparıldığını qeyd edib.

Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Üzrə Komitəsinin Sədri Leonid Slutski Azərbaycanı turizmin mərkəzi adlandırıb. Koronavirus pandemiyası ilə əlaqədar bu sahədə fasilə yaransa da o,  iki ölkə arasında turizm sahəsinin inkişafının önəmini qeyd edib. Eyni zamanda digər sahələrdə əməkdaşlığa toxunub.  Onlayn konfransa hər iki ölkənin səfirləri də qatılıb.

 


Create Account



Log In Your Account