Oct 16 2018 18:15
Views: 384

Ermənistanın baş naziri Anna Akopyanla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər etmiş Rusiyadan olan bir qrup qadının adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına salınıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən siyahıda Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, "Vera" beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesserin adları yer alıb.

Məsələni şşərh edən politoloq Elxan Şahioğlu  bildirib ki, bu cür qeyri-qanuni səfərlərin qarşısını almaq üçün Azərbaycan üçüncü dövlətlərlə əməkdaşlığı genişləndirməli və həmin dövlətlər öz vətəndaşlarını bu cür qanunazidd hərəkətlərdən çəkindirməlidir.

Rusiyalı politoloq Yevgeni Mixaylovun fikrincə, Anna Akopyanın guya ki, sülh məqsədilə Rusiyadan bir qrup qadınla Dağlıq Qarabağa səfər etməsi beynəlxalq hüquqa ziddir və müharibə şəraitini qızışdırmağa yönəlib.

“Niyə Anna Akopyan bu səfərə azərbaycanlı qadınları dəvət etməyib? Bax, bu əsl sülhə doğru addım olardı, dialoqa dəvət olardı. Rus qadınlarının məsələyə nə dəxli var? Rus qadınları Dağlıq Qarabağ münaqişəsində heç bir rol oynamır. Bu, açıq-aşkar təxribatdır. Məncə, heç o qadınlar özləri nə baş verə biləcəyini düşünmürdülər. Sirr deyil ki, Azərbaycan öz ərazilərinə, Dağlıq Qarabağa qanunsuz səfər edənləri qara siyahıya salır”.

Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi ilə bağlı bəyanat yayıb. Rəsmi Bakı bu təşəbbüsün qeyri-səmimi olduğunu və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmədiyini vurğulayıb.


Create Account



Log In Your Account