Dec 02 2019 18:45
Views: 245

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada belə deyilir. Xarici siyasət idarəsində hesab edirlər ki, münaqişə yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna bilər. Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Rusiya XİN başçısının Azərbaycana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla və Azərbaycan prezidenti ilə görüşü nəzərdə tutulub. Səfərdə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı iki ölkə arasında ikitərəfli əməkdaşlığın mühüm məqamları müzakirə ediləcək, beynəlxalq və regional məsələləri ətrafında fikir mübadilə aparılacaq. Ekspertlər hər il gerçəkləşdirilən ənənəvi qarşılıqlı səfərlərin siyasi əlaqələrin və diaqloqun inkişafında önəmini qeyd edirlər. Xarici işlər nazirləri səviyyəsində 2020-ci il üçün məsləhətləşmələr planının imzalanması da nəzərdə tutulub. 2019-cu ilin noyabrınadək iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi sənədlər imzalanıb. Rusiya Azərbaycanın ən aparıcı xarici iqtisadi tərəfdaşı hesab olunur. İki ölkə arasında ticarət dövriyyəsi ümumi həcmi 26% artıb və 2 milyard dolları ötüb. Rəsmi Bakı bir müddər öncə Rusiya silahını almağa hazır olduğunu bəyan edib. Tərəflər 2020-ci ilə dair hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Create Account



Log In Your Account