Jan 16 2019 17:51
Views: 450

Dağlıq Qarabağ münaqişəsi Yerevan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Qeyd edib ki, Rusiya Federasiyası 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək.

Sergey Lavrov Azərbaycanla-Rusiya arasında münasibətlərin inkişaf dinamikası haqqında da danışıb. Bildirib ki, Rusiya-Azərbaycan əlaqələri kifayət qədər sabit və mərhələli inkişaf edir. Onun sözlərinə görə, ikitərəfli əlaqələr baxımından ilin yekunları olduqca müsbətdir.

Rusiya xarici işlər naziri iki ölkəinin beynəlxlalq palformalarda da sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, MDB-nin strukturlarında, BMT-də, ATƏT-də, Azərbaycana qarşı qərəzli hərəkət edilməyə çalışılan Avropa Şurasında, azərbaycanlı deputatların hüquqları ilə bağlı ayrı-seçkilik etməyə çalışılan AŞPA-da iki ölkə yaxşı əməkdaşlıq edib.   


Create Account



Log In Your Account