Feb 11 2020 19:26
Views: 203

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya həmişə fəal vasitəçilik mövqeyi tutub. Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Ria Novosti agentliyinə müsahibəsində deyib. Bu uzun sürən münaqişənin həllində tərəflərə kömək etmək qeyd-şərtsiz xarici siyasət prioritetlərimizdən biridir. Qarabağ məsələsi Rusiya Prezidentinin, Xarici İşlər nazirinin daim diqqət mərkəzindədir. – deyə Andrey Rudenko bildirib. Onun sözlərinə görə, Rusiyanın səyləri ilə 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm addım olub. Nazir müavini ölkəsinin fransalı və amerikalı tərəfdaşları ilə sıx təmasda vasitəçilik missiyasını həyata keçirdiyini də xatırladıb. Bildirib ki, 2019-cu ilin aprelində Sergey Lavrovun təşəbbüsü ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bir sıra təkliflər irəli sürülüb.


Create Account



Log In Your Account