May 31 2018 18:34
Views: 459

Muzey Mərkəzinin İncəsənət Qalereyasında Latviya rəssamı Datse Ştrausanın “Canlı miras” adlı sərgisi açılıb.Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və Latviya Respublikasının yaradılmasının 100 illik yubileylərinə həsr olunub.Bu baxımdan, Latviyalı fırça ustasının sərginin mövzusu kimi azadlıq və nəcibliyin təcəssümü olan Qarabağ atlarını seçməsi heç də təsadüfi deyil. Datse Ştrausanın sözlərinə görə  atlara sevgisi  uşaq vaxtlarından  başlayıb.Qarabağ atları barədə isə  hələ Azərbaycana gəlməzdən öncə eşidib. Qarabağ atlarını canlı görmək imkanı Xanım Ştrausanın həyat yoldaşının Bakıya işə dəvət edilməsindən  sonra reallaşıb.
Qarabağ atları   Azərbaycanın Dağlıq Qarabağ bölgəsində mövcud olan qədim cins növlərinə aiddir.Bu   şərq atlarının ən gözəl növlərindən biri sayılır.Dağlıq Qarabağın işğalından sonra  bu cinsin artımı azalmağa başlayıb. Bu gün Azərbaycanda Qarabağ atlarının sayının artırılması istiqamətində ciddi tədbirlər görülür.Latviyalı rəssamın  işləri Qarabağ atlarının müdafiəsi və qorunmasi,dünyaya tanıdılması baxımından mühüm sayılır.
Datse Ştrausaunun əsərləri ziyarətçilərin də   böyük marağına səbəb olub.
Ziyarətçilər arasında Azərbaycanın  tanınmış  rəssamları, diplomatlarla yanaşı, həmçinin  xanım Ştrausanı  Qarabağ atları ilə əyani tanış edənlər də olub.
Ekspozisiya 29 tablodan ibarətdir. Datse Ştrausa öz rəsmlərində bu güclü və əsrarəngiz heyvanların yaşaya biləcəyi hisslərin və emosiyaların zəngin çalarlarını əks etdirib. Sərgi iyunun 4-n qədər davam edəcək. Datse Ştrausa  Azərbaycana həsr edilən növbəti   sərgisini Finlyandiyada keçirməyi planlaşdırır.


Create Account



Log In Your Account