Aug 07 2019 14:27
Views: 294

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları dayandırmağa yönəlmiş siyasi təxribat. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində çıxışını rusiyalı ekspertlər belə qiymətləndirir. Beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov CBC-yə açıqlamasında bildirib ki, Paşinyanın populizmi sağlam düşüncəyə sığmır.

Analitiklər hesab edir ki, artıq uzun müddətdir Ermənistanın baş naziri Dağlıq Qarabağdakı qondarma rejim rəhbərliyi üzərində nəzarəti ələ keçirmək istəyir. Amma separatçıların rəhbərləri ilə Ermənistan hakimiyyəti arasında fikir ayrılığı getdikcə dərinləşir. Fərqli təxribatlara əl atmaqla Paşinyan sülhdə maraqlı olmadığının mesajını verib.

Ekspertlər bildirir ki, indi Ermənistana siyasi təlatüm deyil, sabitlik və ölkəyə sərmayələr lazımdır. Amma Painyan hakimiyyəti bunun əksini edir. Çünki Ermənistanın iqtisadi inkişafı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli və regionun iqtisadi layihələrindən faydalanmasına bağlıdır. Bunun üçün isə rəsmi Yerevan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır.


Create Account



Log In Your Account