Dec 12 2018 15:07
Views: 410

“Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir. Onu xatırladıqda, böyük xoşbəxtlik hissi keçirirsən ki, haçansa sənə bu dahi şəxsiyyətin yanında olmaq səadəti nəsib olub” - İTAR-TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko “Moskva-Bakı” portalına müsahibəsində belə deyib. O, Azərbaycanın milli lideri Heydər Əliyevin  insanlara olan sevgisini və səmimiliyini yüksək dəyərləndirib.

Rusiyanın birinci prezidenti Boris Yeltsinin mətbuat katibi işləmiş Sergey Medvedev isə “Moskva-Bakı” portalına müsahibəsində Heydər Əliyevin insanlara səmimi münasibətindən danışıb. Qeyd edib ki, xalq arasına çıxmağa ilk dəfə Heydər Əliyev başladı.

Rusiyanın tanınmış ziyalıları Heydər Əliyev haqqında indi də böyük sevgi ilə, hörmətlə danışırlar. Onu dövlət xadimi kimi digərlərindən fərqləndirən bir çox xüsusiyyətlər olduğunu deyirlər.

Ziyalılar qeyd edir ki, Heydər Əliyev SSRİ rəhbərliyində olduğu dövrdə  incəsənətin, ədəbiyyatın inkişafına xüsusi diqqət yetirib. İncəsənət xadimlərinin qayğıları ilə şəxsən maraqlanıb. Məhz bu səbəbdən Rusiyada da onun xatirəsi böyük sevgi ilə yad olunur.


Create Account



Log In Your Account