Nov 28 2019 18:11
Views: 208

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Bu barədə Rusiya xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, dekabrın 2-3-də baş tutacaq səfər zamanı Lavrov Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcək. Həmçinin, iki ölkənin xarici işlər nazirlikləri arasında 2020-ci il üçün məsləhətləşmələr planının imzalanması nəzərdə tutulur. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri də diqqət mərkəzində olacaq.
M.Zaxarova Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri barədə də danışıb. Rusiya və Azərbaycan arasında yüksək səviyyədə dialoq olduğunu deyib.

 


Create Account



Log In Your Account