Oct 06 2018 18:35
Views: 650

Milli Kulinariya Mərkəzi İrəvan mətbəxi günü keçirib. Məqsəd tarixən mövcud olmuş Azərbaycan mətbəxini təbliğ etmək, qorumaq, nəsildən nəslə ötürməkdir.
Tədbirdə İrəvan mətbəxinin 30 xörəyi təqdim olunub. yeməkləri Azərbaycanın əməkdar mədəniyyət işçisi Oruc Əliyev hazırlayıb. Oruc Əliyev İrəvanda anadan olub və böyüyüb. erməni təcavüzü nəticəsində doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. O, Reseptləri İrəvan mətbəxinə həsr olunmuş kitabda da bölüşür. Kitabın 2018-ci ilin sonu 2019-cu ilin əvvəlində nəşri planlaşdırılır.  
“Burda xörəklərdən 30 növü var. Amma ümumiyyətlə hər dəfə artırmaq olar. Amma İrəvan mətbəxi kitabında 400-ə yaxın  növü var. Kitabımız böyük çıxacağına görə hələ saxlamışıq. İrəvan bizim vətənimizdir, Azərbaycanındır”.
Tədbirdə balıq və ət, tərəvəzlərdən xorəklər, dolma və un məmulatları təqdim olunub. Onların əksəriyyəti Ermənistandan qaçqın düşən insanlardan toplanıb.
Ermənilərin apardığı etnik təmizləməyə baxmayaraq İrəvan xanlığının zəngin mətbəxini qorumaq mümkün olub. İrəvan xanlığının tarixi Azərbaycan xalqının minilliklər boyu yaradılan zəngin maddi-mədəni tarixinin ayrılmaz hissəsidir.


Create Account



Log In Your Account