Jan 13 2020 19:06
Views: 271

“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının alman dilində nəşrinin təqdimat mərasimi keçirilib. Təqdimat Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda baş tutub. Yeni nəşr ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesajdır. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Sözügedən kitab buna qədər türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərinə də tərcümə olunub. nəşrin İtaliyada, Rumıniyada, Misirdə, Küveytdə və digər ölkələrdə təqdimatı keçirilib


Create Account



Log In Your Account