May 21 2019 14:24
Views: 335

Şirvanşahlar Saray Kompleksində “Saray məclisi” adlı konsert proqramı təqdim edilib. konsert proqramı “İçərişəhər” Muzey Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə həyata keçirilən “Muzeydə muğam axşamları” adlı layihə çərçivəsində reallaşıb. Azərbaycanın ən qədim musiqi növlərindən biri olan muğamın təbliğinə həsr edilmiş tədbirlərin Şirvanşahlar sarayında keçirilməsi təsadüfi deyil.

Konsert Xalq artisti Mənsum İbrahimovun ifası ilə açılıb.

Musiqi nömrələri arasında qonaqlar Əməkdar artist, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan ədəbiyyatı poeziyasının incilərini dinləyərək həqiqi saray məclisinin sehrinə düşüblər.

Qeyd edək ki, “İçərişəhər” Muzey Mərkəzi, həmçinin ayda bir dəfə olmaqla mərkəzin nəzdində fəaliyyət göstərən muzeylərdə növbəti konsert proqramları ilə çıxış etməyi planlaşdırır. Digər maraqlı bir məqam isə tezliklə artıq “İçərişəhər” Muzey Mərkəzi nəzdində “Muzeyin dostları” adlı klubun yaradılması ilə bağlıdır. Klubun ilk fəxri dostları bu layihənin həyata keçməsində dəstəyini əsirgəməyən Mənsum İbrahimov və onun musiqiçilərdən ibarət komandası olacaq. 


Create Account



Log In Your Account