May 29 2018 18:21
Views: 594

“Bu gün Azərbaycanın tarixi ərazisi olan İrəvanın Ermənistana verilməsindən 100 il keçir. Azərbaycan, Ermənistan və Gürcüstan müstəqillik əldə etdikdən sonra erməni hökuməti ərazi iddiaları əsasında Bakı və Tbilisiyə müharibə elan etdi. Lakin Gürcüstanla müharibə Azərbaycanla olan və bu gün davam edən müharibə kimi qanlı olmadı”. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov belə deyib. Bildirib ki, İrəvanın ermənilərə verilməsi ilə bir növ bu şəhərin dağıdılması prosesinə başlanıb. Gürcüstan “Arxiv” muzeyində aparılan araşdırmalar zamanı aşkarlanan İrəvan qalasının yeni şəkilləri də bunu sübut edir. Bu şəkilləri Rusiyanın “pioner fotoqrafı” hesab olunan Yermakov çəkib.

İrəvan şəhərinin dağıdılmasına 1918-ci il mayın 29-dan başlanılıb. Bu proses daha sonra müntəzəm şəkildə davam etdirilib. Son binalar isə 21-ci əsrdə yerlə-yeksan edilib. Bunu köhnə İrəvanın yeni şəkilləri, aşkarlanan sənədlər də təsdiq edir.

Yeni aşkar olunan şəkillərin və sənədlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də  iş aparılır.  


Create Account



Log In Your Account