May 29 2020 14:06
Views: 242

Bu gün qədim Azərbaycan şəhəri olan İrəvanın Ermənistana güzəştə gedilməsindən 102 il ötür. 1918-ci ilin 29 may günündə Azərbaycan Milli Şurasının iclası keçirilib. İclasda Fətəli xan Xoyski erməni milli şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə edib və İrəvanın Ermənistana verilməsini məsələsini müzakirəyə çıxarıb. Yekunda qədim Azərbaycan şəhəri olan İrəvanın Ermənistan dövlətinin paytaxtı olması məqsədilə güzəştə gedilməsi qərara alınıb. Bununla ermənilərlə bütün məsələlərin həll olunacağına və onların Azərbaycana qarşı digər iddialardan əl çəkəcəyinə ümid edilirdi.


Create Account



Log In Your Account