Nov 01 2019 18:08
Views: 132

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsilzlik Şurasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum qətnamələrinin icra mexanizmi müzakirə olunmalıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda məcburi köçkünlərə yardımı mövzusunda keçirilən dəyirmi masada  belə təkliflə çıxış edib. Onun sözlərinə görə,  bununla bağlı BMT-nin Bakı ofisi ilə birgə dinləmələr keçirilməlidir.

BMT-nin Rezident əlaqələndiricisi Qulam İsakzai də bu istiqamətdə görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan hökuməti ilə yanaşı, son 27 ildə BMT də Azərbaycandakı məcburi köçkünlərə dəstək göstərib.

Dəyirmi masada BMT-nin dəstəyilə məcburi köçkünlər üçün həyata keçirilən layihələr haqqında məlumat verildi. Bölgələrdə minlərlə məcburi köçkünə pulsuz hüquqi yardımın göstərilməsi, məşğulluqla bağlı problemlərin həlli ilə əlaqədar atılan addımlardan danışıldı.  Bildirildi ki, hazırda BMT Azərbaycan hökuməti ilə tərəfdaşlıq proqramı üzərində iş aparır. Həmin proqram çərçivəsində məcburi köçkünlərin daha çox problemlərinin həlli uğrunda işlər görüləcək. Bir daha vurğulandı ki, BMT Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və digər qurumlara potensialın artırılmasına dəstək göstərməyə davam edəcək.


Create Account



Log In Your Account