Feb 08 2019 15:46
Views: 319

SOCAR-ın xarici bazarlarda əldə etdiyi gəlirlər artıq ölkə daxilində əldə edilən gəliri üstələyir.Bunu AzərTac-a müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Bildirib ki, İndi, SOCAR demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir. Hər il yeni sahələrə və yeni bazarlara qədəm qoyur, biznesi genişləndirir.

Rövnəq Abdullayev SOCAR-ın hasilat və qazma işlərini də uğurla apardığını deyib. Bildirib ki,  “Abşeron”, “Ümid” və “Qarabağ” kimi yeni yataqlar Azərbaycanın karbohidrogen ehtiyatlarının əvvəl gözlənildiyindən daha böyük olduğunu göstərir. SOCAR prezidenti “Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun əldə olunacağı tarixi də açıqlayıb.

SOCAR prezidenti BP şirkəti ilə müştərək işlənilən “D-230” layihəsi üzrə cari ildə qrafikə uyğun olaraq ilkin seysmik kəşfiyyat işlərinin aparıldığını deib. Bildirib ki, həmçinin BP ilə Abşeron yarımadasının dayazsulu hissəsində qazma işlərinin aparılması üçün süni adanın salınması məsələsi də nəzərdən keçirilir.Azərbaycan neftçilərinin müstəqillik dövründə kəşf etdiyi “Ümid” yatağında isə hasilat artırılır. Yatağın tammiqyaslı işlənilməsi üçün əlavə olaraq, “Ümid-2” platformasının tikilməsi, 2020-ci ilin sonlarında isə həmin platformadan ilk quyunun qazılması planlaşdırılır. “Babək” perspektiv strukturunda 2020-ci ildə qazılması nəzərdə tutulan axtarış quyusunun yeri artıq müəyyənləşdirilib. Bundan başqa, “Aypara” kimi perspektivli sahələrdə də axtarış qazması üçün hazırlıq işləri görülür.


Create Account



Log In Your Account