Apr 07 2020 19:03
Views: 237

Koronavirusla mübarizə üçün elan edilmiş xüsusi karantin rejimi qlobal iqtisadiyyata mənfi təsir edib. Bu, bütün dünyada belədir. Aqrar sektora bu təsirlərin minimuma endirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, toxum, gübrə, pestisid və texnika təchizatçıları və fermerlərlə mütəmadi danışıqlar aparılır, yarana biləcək çətinliklərin operativ həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov bildirir ki, Karantin rejiminin tətbiqi ilə əlaqədar Azərbaycanda ərzaq qıtlığı yaşana bilməz. Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul etdiyi qərarlara əsasən, respublika ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının orta və ağır tonnajlı yük maşınları ilə daşınmasına məhdudiyyət qoyulmayıb. Ona görə də kənd təsərrüfatı məhsullarının şəhərə gətirilməsində problem yaşanmır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin hesablamalara görə, indiki mərhələdə kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın təxminən 5% civarında azalacağı gözlənilir. Çünki bu məhsulların sifarişçisi olan şadlıq sarayları, kafe və restoranlar, xidmət obtyektləri, əyləncə mərkəzləri fəaliyyət göstərmir. Tələbatın azalması isə bazarda məhsul bolluğu deməkdir.


Create Account



Log In Your Account