Sep 10 2018 14:39
Views: 408

Intensiv yaradıcılıq fəaliyyətinin iki ili artıq arxada qalıb.  Dünya klassikasının 3 böyük əsəri və ssenarisini aktyorların yazdığı eksperimantal tamaşa təqdim olunub. Bu il ƏSA Azərbaycan inkluziv teatrı 3-cü mövsümə hazırlaşır. Teatr truppasında sağlamlıq imkanları məhdud gənclərdən ibarətdir.   
ƏSA yalnız teatrın sehrli dünyasının bir hissəsinə çevrilmək  imkanı deyil, həm də insanın öhdəsindən gələ bilməyəcəyi  çətinliyin olmadığına  inam yaradan unkal platformadır. Aktyorların əksəriyyəti hansısa tamaşada rol alarkən, ylnız səhnənin yaratdığı həyəcanı dəf etməli olmur, həm də öz daxili narahatlğını, tərəddüdünü özündən uzaqlaşdıra bilir.
ƏSA teatrının tamaşalarında zal həmişə dolu olur. Özü də paytaxtın ən nüfuzlu teatr binalarında. Primyeraya bir neçə gün qalmış kassalarda bilet tapmaq praktiki olaraq mümkün deyil. Bu teatra yalnız tamaşaçıların marağı artmır, burda çalşmaq arzusunda olan aktyorların da sayı çoxalır. ƏSA-nın yaradıcı kollektivinə yeni üzvlər qoşulur. Bura artıq onların ikinci evidir. Bəziləri üçün ƏSA-nın yeni tamaşası debüt olacaq.  
Teatr gənc olmasına baxmayaraq, Uilyam Şeksprin, Con Steynbekin, Mirzə Fətəli Axundzadənin əsərləri olmaqla beş tamaşa və bir perfomans təqdim edib. Hazırda “ƏSA”-nın kollektivi yeni tamaşa üzərində çalışır. Yeni tamaşanın primyerası isə payızda olacaq.


Create Account



Log In Your Account